Mbappe: “Messi “Qızıl top”a layiqdir” | DEFAKTO.AZ Mbappe: “Messi “Qızıl top”a layiqdir” – DEFAKTO.AZ

Mbappe: “Messi “Qızıl top”a layiqdir”

13


Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe “Qızıl top” səsverməsində kimi seçəcəyini açıqlayıb.

Fransalı forvard ABŞ “İnter Mayami”sinin argentinalı oyunçusu Lionel Messinin mükafata layiq olduğunu deyib:

“Mən “Qızıl top” sorğusunda Lionel Messiyə səs verəcəyəm. Fərdi olaraq o, ilin ən yaxşı oyunçusu olub və bu mükafata layiqdir”.

Lionel Messi yay transfer pəncərəsində PSJ-dən “İnter Mayami”yə keçib. O, komandanın heyətində bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: championat.com