“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib | DEFAKTO.AZ “Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib – DEFAKTO.AZ

“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib

7


“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Qurumun rəsmi saytında yarışla bağlı məlumat paylaşılıb.

Məlumatda turnirlə bağlı ümumi məlumatlar verilib:

“Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində Azərbaycanda Beynəlxalq “Mingəçevir Reqatası-2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək üçün təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoe idman növlərini əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır. Bunu nəzərə alaraq, nazirlik və federasiya idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır”.

Qeyd edək ki, ilk dəfə 2022-ci ildə keçirilən “Mingəçevir Reqatası-2022” və bu il baş tutan “Prezident Kuboku-2023” beynəlxalq reqataları Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.