Modriç “Real Madrid”də xoşbəxt deyil | DEFAKTO.AZ Modriç “Real Madrid”də xoşbəxt deyil – DEFAKTO.AZ

Modriç “Real Madrid”də xoşbəxt deyil

7


İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komandada özünü xoşbəxt hiss etmədiyini təsdiqləyib.

Bununla belə çalışdırıcı onun qışda paytaxt təmsilçisini tərk etməyəcəyini deyib:

“Modriç xoşbəxt deyil, çünki çox oynamır. Amma o, həmişə komandaya kömək etmək üçün yaxşı motivasiyaya malikdir. Modriçin heyətimizdə və paltardəyişmə otağımızda vacib rolu var. Biz hamımız onu sevirik. Modriçin qışda komandanı tərk etmək ehtimalı yoxdur. O, özü də getmək istəmir”, – deyə italiyalı mütəxəssis La Liqanın IX turunda “Osasuna”ya qarşı sabah keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Qeyd edək ki, bəzi mənbələr Modriçin qışda ABŞ-nin “İnter Mayami” klubuna və ya Səudiyyə Ərəbistanı təmsilçilərindən birinə keçəcəyi ilə bağlı iddialar səsləndirir. Xorvatiyalı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 38 yaşlı futbolçu bu mövsüm “Real Madrid”də bütün turnirlərdə səkkiz matçın iştirakçısı olub. O, cəmi iki görüşə start heyətdə başlayıb.

Mənbə: 90min.com