Kəmaləddin Heydərov danışdı: “O ərəbləri tanımıram…” | DEFAKTO.AZ Kəmaləddin Heydərov danışdı: “O ərəbləri tanımıram…” – DEFAKTO.AZ

Kəmaləddin Heydərov danışdı: “O ərəbləri tanımıram…”

101

“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

Defakto.az
 xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov ovlayan ərəblərin onun qonaqları olması barədə iddialara münasibətində bildirib.

Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:

“Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.

Defakto.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir