Bakıda kişi özünü evin qapısının çərçivəsindən asıb | DEFAKTO.AZ Bakıda kişi özünü evin qapısının çərçivəsindən asıb – DEFAKTO.AZ

Bakıda kişi özünü evin qapısının çərçivəsindən asıb

15


Bakıda intihar hadisəsi baş verib. 

DEFAKTO.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Təbriz Yusib oğlu Yaqubov yaşadığı evin qapısının çərçivəsindən özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. 

İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.