Xomeyninin “Böyük şeytan” ilə əlaqələri – VİDEO | DEFAKTO.AZ Xomeyninin “Böyük şeytan” ilə əlaqələri – VİDEO – DEFAKTO.AZ

Xomeyninin “Böyük şeytan” ilə əlaqələri – VİDEO

19


Hər il iyunun ilk həftəsi İranda İslam Respublikasının banisi Ruhulla Xomeyninin anım günləri kimi qeyd olunur, eyni zamanda İran hakimiyyəti öz diplomatik nümayəndəlikləri vasitəsilə inqilab rəhbərinin vəfatının ildönümü tədbirlərinin xarici ölkələrdə, xüsusən müsəlman dövlətlərində də keçirməyə çalışır.

Bu mərasimlərdə Ayətullah Xomeyni az qala tarixin gedişini və dünya nizamını dəyişmiş mənəvi-ideoloji lider kimi yüksək epitetlərlə vəsf olunur, onun şəxsiyyəti bir növ ilahiləşdirilərək bu yolla onun yaratdığı quruluşun da müqəddəsləşdirilməsinə cəhd edilir.

Doğrudur, indi, islam inqilabının üstündən 44 il keçəndən sonra, xüsusən İranın özündə bu nağıllara inanan az tapılır, amma rejim təmsilçiləri onları təkrarlamağa israrla davam edir. Lap elə bu günlərdə İran Silahlı Qüvvələri Baş Komandanlığının Siyasi-ideoloji idarəsinin rəisi Hüccətül-islam Əli Səidi Şahrudi bir müsahibəsində Xomeyninin inqilabi fəaliyyətini islam peyğəmbərinin yaratdığı inqilabi dəyişikliklər ilə müqayisə edərək deyib ki, 1979-cu il İran inqilabını Məhəmməd peyğəmbərin hicrətindən sonra islam tarixinin ən mühüm hadisəsi saymaq olar.

O, həmçinin iddia edib ki, peyğəmbərə və yeddinci imam Musa əl-Kazıma məxsus hədis və rəvayətlərdə İran inqilabının baş verəcəyinə və ona Xomeyninin rəhbərlik edəcəyinə dair öncəgörmələr vardır.

“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: