Gəncədə qardaşı ilə oynayan zaman binadan yıxılan yeniyetmə öldü – YENİLƏNİB | DEFAKTO.AZ Gəncədə qardaşı ilə oynayan zaman binadan yıxılan yeniyetmə öldü – YENİLƏNİB – DEFAKTO.AZ

Gəncədə qardaşı ilə oynayan zaman binadan yıxılan yeniyetmə öldü – YENİLƏNİB

39


Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

DEFAKTO.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

09:52

Gəncədə 12 yaşlı oğlan binanın pəncərəsindən yıxılıb.

DEFAKTO.az-ın məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ü.Əliyev beş yaşlı qardaşı ilə yaşadığı 5-ci mərtəbədəki mənzildə oynayan zaman pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Samir İsayev