“Qarabağ” avrokubok oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək? | DEFAKTO.AZ “Qarabağ” avrokubok oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək? – DEFAKTO.AZ

“Qarabağ” avrokubok oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək?

10


“Qarabağ” futbol klubu avrokuboklarda təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.

Prosport.az-ın əldə etdiyi xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, “Azərsun Arena” isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən “Qarabağ” BOS-da oynamağa razılıq verib.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın avrokuboklarda təsnifat mərhələsinin matçlarını “Azərsun Arena”da oynayacağı deyilirdi.

BOS-un Mətbuat Xidmətinin rəhbəri Fərid Əsədzadə məsələ ilə bağlı DEFAKTO.az-a açıqlamasında bildirib ki, “Qarabağ”, həqiqətən, onlarla əlaqə saxlayıb. Ancaq Ağdam klubunun avrokubok matçlarının sözügedən arenada keçirilməsi hələ dəqiqləşməyib:

“Qarabağ” bizimlə əlaqə yaradıb, meydançanın vəziyyəti və gələcək aylarda stadionun əlçatanlığı barədə məlumat alıb. Lakin birinci mərhələdən etibarən oyunların burada olacağını deyə bilmərəm. Rəsmi müraciəti qəbul edib müqavilə bağladıqdan sonra daha dəqiq məlumat verə biləcəyik”.