Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb – FOTO | DEFAKTO.AZ Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb – FOTO – DEFAKTO.AZ

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb – FOTO

25


İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

O bununla bağlı “Twitter” hesabında paylaşım edib:

“Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, sərmayələrin qarşılıqlı təşviqi, nəqliyyat-tranzit, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları müzakirə etdik”, – deyə paylaşımda bildirilib.