Sülhməramlıların helikopteri qəzaya düşdü | DEFAKTO.AZ Sülhməramlıların helikopteri qəzaya düşdü – DEFAKTO.AZ

Sülhməramlıların helikopteri qəzaya düşdü

97

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

Defakto.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

“Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir” – açıqlamada deyilir.

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır:

“İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir