İlham Əliyev: “Ümid edirəm ki, münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq” | DEFAKTO.AZ İlham Əliyev: “Ümid edirəm ki, münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq” – DEFAKTO.AZ

İlham Əliyev: “Ümid edirəm ki, münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq”

29


“Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik”.

DEFAKTO.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə söyləyib.

Dövlətimizin başçısı bir daha ümid etdiyini bildirib ki, bu gün üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atılacaq.