Orta məktəblərdə əyani tədris bu gündən bərpa olunur | DEFAKTO.AZ Orta məktəblərdə əyani tədris bu gündən bərpa olunur – DEFAKTO.AZ

Orta məktəblərdə əyani tədris bu gündən bərpa olunur

139

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində əyani tədris bərpa olunur.

Defakto.az-ın məlumatına görə, 1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. 

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. 

Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir