Türkiyədə koronavirusdan sutka ərzində 129 nəfər ölüb.
Defakto.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 279 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 902, ağır xəstələr isə 1751 nəfər olub.