Şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib – FOTO | DEFAKTO.AZ Şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib – FOTO – DEFAKTO.AZ

Şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib – FOTO

184

“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNECTələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi, bir çox sahibkarların sponsorluğu ilə “Altun Saray, restoranında şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilmişdir.

Tədbirdə şəhid ailələri,qazilər, əlilliyi olan şəxslərlə yanaşı eyni zamanda milli məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev,QHT sədrləri,THİK-in fəal tələbələri iştirak etmişdir.Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən Dövlət Himnimizin işarət dilində ifa edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Biz bir ailəyik əlilliyi olan şəxslərə İB-nin sədri,UNEC THİK-in sədr müavini Günay Ağazadə dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunub ki, xüsusilə də əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, mədəni istirahətinin təşkili üçün görülən tədbirlər nəticəsində həmin qəbildən olan vətəndaşlarımızın cəmiyyətə adaptasiyası istiqamətində müsbət nəticələr əldə olunub.

Təşkilat sədri belə bir ayda əlilliyi olan vətəndaşlarla bir araya gəlməyin də mənəvi dəstəyin bir nümunəsi olduğunu diqqətə çatdırıb. Ramazan ayı digər aylar içərisində seçilən və Allahın rəhmətinin, mərhəmət qapılarının daha çox açıq olduğu ay kimi tanınır. Hər kəs bu müqəddəs ay ərzində savab əməllər etməyə, cəmiyyətə daha çox fayda verməyə və Ramazanın fəzilətlərindən yararlanmağa çalışır. Təşkilat olaraq biz də bu gözəl ayın bir günündə şəhid ailələri, qazilər və sağlamlıq imkanları məhdud olan vətəndaşlarla iftar süfrəsi ətrafında toplaşmağı qərara aldıq. Şəfqət dolu bir ayda həssas təbəqədən olan vətəndaşlarımızla bir arada olmaqdan çox məmnunuq. Arzu edirik ki, hər zaman Vətənimizin xoş günlərini birlikdə təmtəraqlı şəkildə qeyd edək”, – deyə G.Ağazadə qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov Ramazan ayının insanların nəfsi ilə imtahan olunduğunu, müsəlmanların bu ayın fürsətlərindən yararlanmaq üçün xeyir əməllər, ibadətlər, dualar etdiyini, müxtəlif qurumlar, fərdi şəxslər tərəfindən aztəminatlı ailələr, həssas təbəqədən olan vətəndaşlar üçün iftar süfrələri açıldığını, xəstələrin, kimsəsizlərin daha çox ziyarət olunduğunu diqqətə çatdırıblar. Çıxış edənlər oruc tutanlara Allahdan ibadətlərinin qəbul edilməsini diləyib, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, şəhidlərimizə rəhmət, qazilərə şəfa, sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən əlində silah Vətən keşiyini çəkən hərbi qulluqçulara cansağlığı arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin ifasında vətənpərvərlik mahnıları, həmçinin şeirlər səsləndirilib.

Tədbirin sonunda milli məclisin deputatı Jalə Əhmədova,1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev və ”Əlil velosipedçilərə dəstək” ictimai birliyinin sədri Amid Həsənquliyev iştirakçıları və fəal könüllüləri təşəkkürnamə ilə təltif ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir