Kürdəmirdə avtomobil aşdı: Xəsarət alanlar var – FOTO | DEFAKTO.AZ Kürdəmirdə avtomobil aşdı: Xəsarət alanlar var – FOTO – DEFAKTO.AZ

Kürdəmirdə avtomobil aşdı: Xəsarət alanlar var – FOTO

13


Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“DEFAKTO.az”un məlumatına görə, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər – Tərtər rayon sakinləri 9 yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.