“Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu, tamaşaçını da bezdirə bilər…” | DEFAKTO.AZ “Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu, tamaşaçını da bezdirə bilər…” – DEFAKTO.AZ

“Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu, tamaşaçını da bezdirə bilər…”

397

“Mən bəzən hamıya bənzəyən müğənnilərdən yoruluram, amma Elza isə xanıma maraqla baxıram”

Bir neçə gün öncə Əməkdar artist Elza Seyidcahanın efirə qeyr-adi saç düzümü ilə çıxması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkə izləyiciləri müğənnini lağa qoyublar. Bəs görən Elza xanımın bu cür saç düzümləriylə efirə çıxmasını aparıcılar necə qarşılayır?
“Tamaşaçı Elza Seyidcahanı belə qəbul edib. Artıq mən Elza xanımı ciddi klassik və ya adi geyimdə görsəm, daha çox təəccüblənərəm, nəinki belə geyimdə. Yəni mən də təkcə jurnalist olaraq yox, həm də tamaşaçı olaraq hesab edirəm ki, biz Elza xanımı belə kreativ, fərqli və maraqlı qəbul etmişik. Təbii ki, ilk vaxtlarda Elza xanım efirə çıxanda onu hər kəs birmənalı qarşılamadı. Ümumiyyətlə, biz bir millət olaraq yeniliyə bir az adekvat yanaşmırıq, bu ayrı problemdir. Zaman keçdikcə isə yeniliyə gözümüz öyrəşir, ruhumuz isinişir və deyirik ki, doğrudan da bu yaxşı imiş. Ümumiyyətlə, musiqi tarixmizdə belə şeylər çox olub. Məsələn Vaqif Mustafazadəni, Alim Qasımovu misal çəkə bilərik və onların hər bir yenilik gətirib və onlarda da bu adekvat qarşılanmadı. Lakin zamanla gördük ki, bu insanlar dahi imiş və onların gətirdiyi yenilik Azərbaycan musiqisinin inkişafına xidmət edirmiş. Elza Seyidcahan çox gözəl bəstəkardı, bildiyim qədəriylə o, Arif Məlikovun tələbəsi olub və mən onu bəstəkar olaraq çox bəyənirəm. Qaldı ki, geyim məsələsinə, mənim fikrimcə Elza xanımın özünün tərzi, üslubu var və geyimdə təkcə moda deyil, üslub da əsasdır. Mən də tamaşaçı olaraq onun üslubunu belə qəbul etmişəm və çox da xoşuma gəlir. Hər halda kimisə təkrarlamır. Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu həm də tamaşaçını da bezdirə bilər. Elza xanımın sənəti var və bu da maraqla qarşılanır. Mən bəzən hamıya bənzəyən müğənnilərdən yoruluram, amma Elza isə xanıma maraqla baxıram”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir