Keçmiş səfir: “Çexiya azad edilmiş ərazilərin bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır” | DEFAKTO.AZ Keçmiş səfir: “Çexiya azad edilmiş ərazilərin bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır” – DEFAKTO.AZ

Keçmiş səfir: “Çexiya azad edilmiş ərazilərin bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır”

24

“Çexiya işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır”.

“DEFAKTO.az” xəbər verir ki, bunu Çex Respublikasının Azərbaycandakı keçmiş səfiri Milan Ekert Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə onlayn formatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Çexiya şirkətləri enerji sektoruna, həmçinin Qarabağda “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsinə cəlb oluna bilər.

M.Ekert bildirib ki, çexiyalı sahibkarlar Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlıqda maraqlıdırlar.