Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb | DEFAKTO.AZ Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb – DEFAKTO.AZ

Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

20

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

“DEFAKTO.az”un məlumatına görə, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.