Vatikanda milad kompozisiyası çaşqınlıq yaratdı – FOTO | DEFAKTO.AZ Vatikanda milad kompozisiyası çaşqınlıq yaratdı – FOTO – DEFAKTO.AZ

Vatikanda milad kompozisiyası çaşqınlıq yaratdı – FOTO

97

Vatikanda “Qara hökmdar” peyda olub. Niyəsə “Ulduz müharibələri” filmindən Dard Veyderə bənzəyən kosmonavt  milad vertepinin (küçə teatrı) qəhrəmanlarından biri olub.

Bu barədə REN TV kadrlar təqdim edib.

Ümumiyyətlə bütün kompozisiya insanlarda çaşqınlıq yaradıb. Bəziləri səhnəciyi istehza hesab edərək, onun tezliklə ləğv olunmasına çağırıb.

İsa peyğəmbərin dünyaya gəlməsi səhnəsinin sərbəst traktovkası qədim ənənədir və hər il klassik versiyanın yanında nümayiş olunur. Bu il sənətkarlar deyəsən bir az artıq səy göstəriblər: Skafandrda olan Müqəddəs Məryəm nəhəng şahmat fiquruna bənzəyib, ümumiyyətlə dekorasiya bütünlüklə qorxuducu görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir