Niderland Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyə hücumu pisləyib.
Bu barədə XİN “Twitter”də paylaşım edib.
“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
The Netherlands condemns today’s violent attack on the Azerbaijani Embassy in Iran. Any attack against diplomatic missions and personnel is completely unacceptable. Our condolences to the family of the victim and we wish a speedy recovery to those who were injured.
— Dutch Ministry of Foreign Affairs ?? (@DutchMFA) January 27, 2023