Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyib | DEFAKTO.AZ Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyib – DEFAKTO.AZ

Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyib

149

Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunu qətiyyətlə pisləyib.

Bununla bağlı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov sosial şəbəkə hesabında Gürcüstan Ruhaniləri Heyəti adından paylaşım edib.

“Bağışlayan və mehriban Allahın adı ilə. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən xain hücumu qətiyyətlə qınayır, hadisədə şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət, yaralı səfirlik əməkdaşlarına şəfa diləyirik. Şəhid zabit Orxan Əsgərovun ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə paylaşımda qeyd olunub.

Paylaşımda vurğulanıb ki, terror hücumunu törədənlər tez bir zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdırlar.