Hacı Surxay Məmmədli: “Baş verən hadisə açıq-aşkar terrordur” | DEFAKTO.AZ Hacı Surxay Məmmədli: “Baş verən hadisə açıq-aşkar terrordur” – DEFAKTO.AZ

Hacı Surxay Məmmədli: “Baş verən hadisə açıq-aşkar terrordur”

22

“Baş verən hadisə açıq-aşkar terrordur və terrorçular mütləq cəzalandırılmalıdırlar” 

DEFAKTO.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün İçərişəhər Cümə məscidində cümə xütbəsi zamanı deyib.

Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumu ilə bağlı münasibət bildirən Surxay Məmmədli qeyd edib ki, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi onu bir azərbaycanlı kimi dərindən sarsıdıb:

“Baş verən terror hadisəsində şəhid olan soydaşımıza uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.

Könül Cəfərli