ABŞ-li analitik: “Elə bir hiss var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib” – VİDEO | DEFAKTO.AZ ABŞ-li analitik: “Elə bir hiss var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib” – VİDEO – DEFAKTO.AZ

ABŞ-li analitik: “Elə bir hiss var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib” – VİDEO

28

“Elə bir hiss var ki, sanki İran hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücuma səssiz razılıq verib”.

Bu barədə ABŞ-nin “IHS Markit” konsaltinq şirkətinin MDB və Qafqaz ölkələri üzrə baş analitiki Aleksandr Melikişvili “Twitter” hesabında yazıb.

“İran tərəfinin Azərbaycan səfirliyini hansı səviyyədə qoruduğu hücum edən şəxsin kabinədə oturan iranlı polisə əl yelləməsindən görünür. Bundan sonra polis telefonu götürüb harasa zəng edir. İlkin təəssürat belədir ki, hücumun İran hökumətinin səssiz razılığı ilə həyata keçirildiyini düşünmək üçün əsaslı şübhələr var”, – hücumun videogörüntülərini şərh edən A.Melikişvili qeyd edib.

“İranın 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına nifrətlə yanaşması hamıya yaxşı məlumdur. İndi Azərbaycan tezliklə təhqiqat aparılmasını və bu hücumu törədən şəxsin ağır cəzalandırılmasını tələb edəcək”, – o əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.