İranda polisdən görünməmiş qəddarlıq: Qadını yumruq və təpiklə döydü – VİDEO | DEFAKTO.AZ İranda polisdən görünməmiş qəddarlıq: Qadını yumruq və təpiklə döydü – VİDEO – DEFAKTO.AZ

İranda polisdən görünməmiş qəddarlıq: Qadını yumruq və təpiklə döydü – VİDEO

34

İranda silahlı xüsusi təyinatlı polis zabiti heç bir səbəb olmadan yoldan keçən günahsız qadına hücum edərək onu təpiklə və yumruqla döyüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı video paylaşıb.

Bildirilir ki, qorxunc hadisə Tehranın Şəriəti küçəsində metro stansiyasının çıxışında baş verib.

Videonu qeydə alan şahidin sözlərinə görə silahlı zabit heç bir səbəb olmadan yoldan keçənlərə hücum edib.

“O, qaçmadığı üçün qadına təpik və yumruq vurur, qaçmasını tələb edirdi”, – deyə şahid əlavə edib.