“World of Tanks” Rusiya və Belarusu tərk etdi | DEFAKTO.AZ “World of Tanks” Rusiya və Belarusu tərk etdi – DEFAKTO.AZ

“World of Tanks” Rusiya və Belarusu tərk etdi

1131

Məşhur “World of Tanks” və “World of Warships” kompüter oyunlarını hazırlayan Belarusun “Wargaming” şirkəti Belarus və Rusiyadakı biznesini satıb.

Məlumata görə, baş ofisi Kiprdə yerləşən “Wargaming” bu iki ölkədəki biznesinə sahiblik hüququnu başqa şəxsə verib.

Bildirilib ki, şirkətin Belarusdakı təmsilçisi “Game Stream” və Rusiyadakı nümayəndəsi “Lesta”-nın yeni sahibi Malik Xatazayev olub.

Qeyd edək ki, “Wargaming” hələ aprelin əvvəlində Rusiya və Belarusu tərk edəcəyini elan edib.

Mənbə: gazeta.ru