Ölən direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.
Defakto.az xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 50 yaşlı müəllim yük avtomobilinin altında qalıb.
2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor "Səma Mələyi" kitabının da müəllifidir./metbuat.az