Peskov gərginlik fonunda Azərbaycanla təmaslardan danışdı

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburqda baş verənlərlə bağlı Azərbaycan Baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır.
Defakto.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında məlumat verib.
"Hal-hazırda Bastrıkin Azərbaycan Baş prokuroru ilə mütəmadi təmasdadır", – deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, İstintaq Komitəsinin rəhbəri hazırda ən problemli məsələlərlə şəxsən məşğuldur.