Putin və Tramp Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivlərini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Defakto.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Prezidentlər müxtəlif istiqamətlərdə Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısının fikrincə, bu, böyük potensiala malikdir", - Y.Uşakov söyləyib.
Onun sözlərinə görə, söhbətin sonunda hər iki lider fikir mübadiləsini müsbət və çox məhsuldar adlandırıb. Prezidentlər Rusiya-Ukrayna nizamlanması da daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.