Milli Məclisin növbədəkənar sessiyası öz işinə başlayıb

image

Deputatlar hökumətin 2024-cü ilin dövlət büdcəsinin icra vəziyyətini müzakirə edirlər. 

Defakto.az xəbər verir ki, Milli Məclisin  növbədənkənar plenar iclasının gündəliyinə 7 məsələ daxil edilib.

Deputatlar ilk olaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edirlər.

Sənədi deputatlara Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

O bildirib ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi artan büdcə kimi xarakterizə olunur. Büdcənin icrası gəlirlər 37 161 838,6 min manat, xərcləri 37 713 661,1 min manat məbləği həcmində olub.

O eyni zamanda əlavə edib ki, büdcənin kəsiri 551 822 583 manat, 2025-ci ilin yanvarın 1-nə qalan vahid xəzinə hesabının sərbəst qalığı 1 milyard 837 805 194 manat təşkil edib.

Komitə sədri bildirib ki, 2024-cü il büdcə qarşıda duran tapşırıqların icrasına imkan verib.

Mürtəza
Defakto.az