Bu, Azərbaycanın dünyaya gücünün nümayişidir - ŞƏRH

Vətən müharibəsindən sonra çox qısa zaman kəsiyində çox çətin və mürəkkəb çoğrafi relyefə malik Laçında beynəlxalq hava limanının istifadəyə verilməsi, Azərbaycanın dünyaya gücünün və qüdrətinin nümayişi kimi dəyərləndirilməlidir.
Bunu Defakto.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Şərqi Zəngəzurda belə bir möhtəşəm layihənin reallaşdırılmasının Azərbaycanın nəinki bölgədə, bütövlükdə beynəlxalq aləmdə necə gücə malik olduğunu ortaya qoyur: “Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuğu ilə bağlı belə bir deyimi var: “Döyüş meydanlarında əldə etdiyimiz tarixi qələbə sülh və quruculuq qələbəsi ilə davam etməlidır”. Laçın beynəlxalq hava limanının istifadəyə verilməsini dövlət başçısının qətiyyəti və güclü iradəsi nəticəsində təkcə Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası deyil, Yeni Azərbaycanın qurulması istiqamətindəki böyük siyasi hədəflərinə xidmət edən növbəti layihədir. Laçın beynəlxalq hava limanın istifadəsi bölgənin sosial-iqtisadi inkişafından daha çox geostrateji əhəmiyyət kəsb edir. Açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakını hava limanının geostrateji əhəmiyyət kəsb etməsi ilə yanaşı, həm də beynəlxalq aləmə gücün, birliyin mesajı kimi qiymətləndirmək lazımdır. Bu mesajdan beynəlxalq aləm, xüsusən də Ermənistana havadarlıq etməklə Azərbaycana qarşı çıxıb təzyiq edən güclər ciddi nəticə çıxarmalıdırlar.
Bunu eyni zamanda qardaşlığın, dostluğun, birliyin, həmrəyliyin bariz nümayişi kimi dəyərləndirmək lazımdır. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Şahbaz Şərifin bu iştirakı Azərbaycanın gücünə əlavə güc qatacaq. Regional və qlobal müstəvidə geosiyasi mövqeyinin möhkəmlənərək daha ciddi oyunçu rolunda çıxış etməsinə yeni fürsətlər yaradacaq.
Laçın beynəlxalq hava limanının açılışına həm də Azərbaycanın təhlükəsizliyin daha etibarlı şəkildə təmin olunması prizmasından yanaşılmalıdır”.
Mürtəza
Defakto.az