Trampın Azərbaycan və Ermənistan üçün yeni planı

ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Steven Uitkof bildirib ki, ABŞ yaxın gələcəkdə Azərbaycana İbrahim Sazişlərinə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşulmağı təklif edəcək.
Defakto.az xəbər verir ki, bu barədə o, Breitbart News-a müsahibəsində danışıb.
Uitkofun sözlərinə görə, bir neçə ay ərzində sazişlərə Azərbaycan, Ermənistan, Suriya və Livan da daxil olmaqla 4-6 ölkə qoşula bilər.
"Mən təxmin edirəm ki, yaxın gələcəkdə Livan və Suriyada münasibətləri normallaşdırmaq imkanı olacaq. Bu ölkələr tezliklə İbrahim sazişinə qoşula bilər. Azərbaycan və Ermənistan da bu sazişlərə qoşula bilər", - o qeyd edib. Vitkoff əlavə edib ki, Azərbaycan və Ermənistan münaqişəni həll etmək ərəfəsindədir.
2020-2021-ci illərdə imzalanmış İbrahim Sazişləri İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşmasına kömək edən bir sıra müqavilələrdir. Müdafiə, kibertəhlükəsizlik, ticarət və investisiya kimi sahələrdə əməkdaşlığı gücləndirdilər.