Azərbaycanlı bir ayda ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşdü

image

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Defakto.az xəbər verir ki, o, 55 il 277 gün “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı kimi rekord müəllifi olub.

Bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib. Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib.

"Televiziya Şahmat Klubu” “Ginnesin Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib. 

Ötən ay Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi "Ginnesin Rekordlar Kitabı"nın xüsusi diplomuna layiq görülmüşdü.