60 milyon avro: Budaq Nəsirov futbolsuz qalıb, yoldaşları ulduzdur

"Budaq Nəsirovun debüt oyununda stadionda olmuşam, Bakının təlim-məşq bazasında "Turan"ın oyununda meydana çıxmışdı. Onun karyerasının ən yaxşı mövsümü "Kəpəz"də olub. Sonra "Sportinq"in B komandasına getdi və 60 milyon avro sərbəstqalma məbləği təyin olundu".
Defakto.az xəbər verir ki, idman jurnalisti Ceyhun Rzayev bildirib.
"Mənə elə gəlir ki, bu rəqəmi orda yazan portuqal 0-ın birini artıq edib. Bəlkə də elə bir perspektiv görüblər ki, biz görməmişik. Mən inanmazdım ki, Budaq Nəsirov bu gün 27-28 yaşında futbolsuz qalıb, kimsəyə lazım deyil", - deyə o bildirib.
Məlumata görə, Budaq Nəsirov ilə eyni il komanda da Türkiyənin tanınmış futbolçusu Merih Demiral da olub. Merih bununla bağlı bildirib ki, klubda onlarla elə davranırdılar ki, özlərini A komandada hiss ediblər. Futbolçunun özünü irəli aparması üçün nə lazımdırsa həyata keçiriblər.
Qeyd edək ki, Merih Demiral İtaliyanın "Yuventus" klubuna qədər irəliləyib, Kriştiano Ronaldonun komanda yoldaşı olub. Ronaldonun özü də "Sportinq" məktəbinin yetirməsidir.
Hazırda İtaliyanın "Milan" klubunda forma geyən Rafael Leao və Almaniyanın "Bayern" komandasının şərəfini qoruyan João Palhinha kimi futbolçular həmin heyətdə olublar.
Xatırladaq ki, 15 yaşında debüt etmiş ən gənc futbolçu Budaq Nəsirovdur — 15 yaş, 128 günündə 2011/12 mövsümdə "Turan"da ilk oyununa çıxıb.
Maraqlıdır ki, onun istedadının fenomenal səviyyədə olduğunu deyənlər də var.
Defakto.az