Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var

image

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Defakto.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində olub.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük maşını və “Mercedes Vito” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.