Almaniya: Ukraynanın NATO-ya gedən yolu dönməzdir

image

Ukraynanın həm Avropa İttifaqına, həm də NATO-ya inteqrasiya prosesi davam edir və bu proses geriyədönməzdir.

Defakto.az xəbər verir ki, bunu Almaniyanın yeni xarici işlər naziri Yoqan Vadeful “Neue Osnabrücker Zeitung”ə müsahibəsində  deyib.

Onun sözlərinə görə, bu baxımdan Ukraynanın NATO-ya gedən yolu dönməzdir.

“NATO-da biz Ukraynanın müdafiə alyansına qoşulma yolunda olduğunu və bu yolun dönməz olması ilə bağlı birgə razılığa gəldik. Almaniya bu qərarı dəstəkləyir”, - Vadeful bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Ukraynanın NATO-ya qoşulması ideyasını qeyri-mümkün hesab edib. 

Mürtəza
Defakto.az