Netanyahu Azərbaycana səfərini təxirə saldı

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salmaq qərarına gəlib.
Defakto.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
“Son daxili siyasi hadisələri, həmçinin Suriya və Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı prosesləri nəzərə alaraq, Baş nazir Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib”, - məlumatda bildirilir.
Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Elvin
Defakto.az