Kamran Əliyev yenidən Baş prokuror seçildi - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin yenidən baş prokuror seçilməsi məsələsini müzakirə edərək, onun yenidən Baş prokuror seçilməsinə səs verib.
Baş prokuror Kamran Əliyev çıxış edərək ona göstərilən etimada görə deputatlara təşəkkür edərək bildirib:
Kamran Əliyev namizədliyini dəstəklədiyi üçün deputatlara təşəkkür edərək bildirib:
“Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi. Azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Yeni prokurorluqlar –Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”.
Mürtəza
Defakto.az
***
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Defakto.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin yenidən baş prokuror seçilməsi məsələsini müzakirə edilir.
Məslə barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verir.
Mürtəz
Defakto.az