Xaçmazda bataqlığa düşən yeniyetmənin axtarışı davam edir

image

Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.

Defakto.az APA-ya istinadən xəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.

Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.