Şabran çayında 3 nəfərin meyiti tapılıb - YENİLƏNİB

image

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.

Mərhumun seldə boğulduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Defakto.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.