Suqovuşanda eyvandan yıxılan 3 yaşlı uşaq ölüb

image

Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb.

Defakto.az-ın "Report"a istinadən məlumatına görə, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu Suqovuşanda binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.

Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.