Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Defakto.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Prius" və "LADA Priora" markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü X. İsmayılov, 1992-ci il təvəllüdlü E. Ələsgərov və 1995-ci il təvəllüdlü A. Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.