İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi

image

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisi sədr onun yerinə bələdiyyə sədrinin vəzifəsini icra edəcək şəxsi seçib.

Defakto.az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat verib.

Saraçhanedəki bələdiyyə binasında keçirilən məclisin iclasına İstanbul Böyükşəhər Bələdiyyə Məclisi sədrinin 2-ci müavini Gökhan Gümüşdağ sədrlik edib.

Yekunda Cümhuriyyət Xalq Partiyası (CHP) qrupu tərəfindən namizədliyi irəli sürülən məclis üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrini icra edən seçilib.