Şəmkirdə evin həyətindən meyit tapıldı

image

Şəmkirdə evin həyətindən kişi meyiti tapılıb.

Defakto.az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Mahmudlu kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1962-ci il təvəllüdlü Mehman Qurbanovun meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.