Almaniya Ukraynaya 60 milyon avro ayırdı

image

Ukraynanın xarici işlər naziri Andrey Sibiha Almaniyanın Ukraynaya qış və enerji dəstəyi üçün 60 milyon avro ayırdığını bildirib.

Defakto.az xəbər verir ki, bu barədə sosial media hesabında bildirib.

O qeyd edib ki, "Bu yardım, xüsusilə cəbhə bölgələrinə diqqət yetirərək, istilik və istilik təchizatı sistemlərini gücləndirməklə xalqımızın isti və təhlükəsiz qalmasına kömək edəcək. Almaniyanın davamlı həmrəyliyini yüksək qiymətləndiririk".

Bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın enerji infrastrukturuna zərbələrinin nəticələrinə görə ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edəcəyini açıqlayıb.

Həmidə İbrahimova