Tixanovski mükafatı ala bilmədi - həyat yoldaşını günahlandırdı
Belarus müxalifətçisi Sergey Tixanovski bu il “Maqnitski mükafatı”na layiq görülüb.
Defakto.az xəbər verir ki, o, “nümunəvi müxalifət siyasətçisi” adına görə təltif edilib. Lakin Tixanovski mükafatı şəxsən almağa Londona gedə bilməyəcəyini açıqlayıb və bunu həyat yoldaşı Svetlana Tixanovskayanın ofisinin məlumatı ondan gizlətməsi ilə izah edib.
Onun sözlərinə görə, nominasiyadan yalnız bir gün əvvəl sosial şəbəkələrdən xəbər tutub və viza almağa vaxt qalmayıb:
“Heç kimin ağlına gəlməzdi ki, belə məlumat mənə çatdırılmaya bilər. Təəssüf ki, ofisdəki atmosferi sağlam adlandırmaq çətindir.”
Tixanovski oxşar halın əvvəl Saxarov mükafatı zamanı da yaşandığını bildirib — o zaman diploma yalnız Avropa Parlamenti rəhbəri Robertanın şəxsi müdaxiləsi ilə sahib ola bilib.
Müxalifətçi həmçinin bəzi belarus müxalifətçilərinin “artıq kiminlə mübarizə apardıqlarını belə seçə bilmədiklərini” deyərək, tənqidləri daha da kəskinləşdirib.
Xatırladaq ki, Tixanovski bir neçə ay əvvəl həyat yoldaşının yaxın əməkdaşı Franak Veçorko ilə kamera qarşısında sərt mübahisəsi ilə gündəmə gəlmişdi. Hadisədən sonra o yazılı üzr istəməyə məcbur olmuşdu.
Maqnitski mükafatı ötən il Yuliya Navalnaya təqdim edilib; mərasimi Vladimir Kara-Murza idarə edib.(musavat.com)