"Qəzzaya əvvəlcə mən gedəcəyəm" - Ərdoğan

image

“Qəzzada ürəklərimizə su səpildi”.

Defakto.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS və İsrail arasındakı atəşkəs müzakirələrindən danışarkən deyib.

“İştirak etdiyimiz danışıqlarda HƏMAS və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olundu.

Dünən prosesin necə inkişaf etdiyini, necə irəlilədiyini və Türkiyənin bütün proses boyunca apardığı diplomatik trafiki izah etdim.

Eynilə,  ABŞ Prezidenti Trampın və qardaş ölkələrimiz Misir və Qətər liderlərinin danışıqlara verdiyi dəstəyi vurğuladım”.

Rize şəhərində çıxış edən Türkiyə lideri “rəis, bizi Qəzzaya apar” şüarlarına reaksiya verib.

“Qəzzaya əvvəlcə mən gedəcəyəm, sonra siz”, - deyə o əlavə edib.

Billurə