Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi

image

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

Defakto.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

TƏBİB-dən bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.