ABŞ səsdən sürətli təyyarə modelini sınaqdan keçirib

ABŞ Londona üç saata yarıma uçmaq qabiliyyətində olan “X-59” səsdən sürətli təyyarəni sınaqdan keçirib.
Defakto.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Eksperimental model saatda 1 500 kilometrə qədər sürət əldə edə bilir.
Təyyarə NASA və “Lockheed Martin” şirkətinin birgə istehsalıdır.
Yaxın həftələrdə təyyarənin sürəti tədricən artırılacaq.
Qeyd olunur ki, bu, “X-59″un yerdəki son sınaqlarıdır və o, artıq ilk uçuşunu etmək üzrədir.