Beş aylıq uşaq qəfil öldü

Qazaxda uşaq ölümü faktı qeydə alınıb.
Defakto.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, 2025-ci il təvəllüdlü L.Məmmədovun yaşadığı evdə qəfil halı pisləşib.
5 aylıq körpəyə yardın edilməyə çalışılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumatına görə, körpənin ürəyində problemi olub.
Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.