Trampın mövqeyini Merz dəyişdi - Vadeful

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı mövqeyinin dəyişməsində kansler Fridrix Merz böyük rol oynayıb.
Defakto.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful deyib.
“Fridrix Merzin bunda böyük rolu olub, çünki o, ilk gündən Ukraynanı dəstəklədiyini açıq şəkildə bəyan edib”, - nazir bildirib.
Onun sözlərinə görə, Merz Oval kabinetdə olarkən bunu vurğuladı və G7 sammitində Trampla təkbətək danışıqları zamanı bu mövqeyini vurğulamağa davam etdi:
“Fridrix Merz Donald Trampa zəng edərək bildirib ki, ABŞ-ın köməyi indi lazımdır. Almaniya kanslerinin ABŞ prezidenti ilə belə ağlabatan münasibət qurmasına və Almaniyanın səsinin Vaşinqtonda yenidən eşidilməsinə sevinə bilərik”.